İdman

“Messinin penaltisini dəf edə bilərəm”

Niderland millisinin qapıçısı Andries Noppert DÇ-2022-nin 1/4 finalında Argentina ilə oyun öncəsi fikirlərini bildirib.

Qol.az “NOS”a istinadən xəbər verir ki, o, rəqib komandanın hücumçusu Lionel Messinin penalti zərbəsini dəf edə biləcəyini söyləyib: “Messi bizə penalti vursa, nə olacaq? Onda mən hazır olacağam. Amma o, penaltini düzgün yerinə yetirməyə bilər. Biz bunu turnirin əvvəlində gördük. O da bizim kimi insandır” .

Xatırladaq ki, Messi DÇ-2022-nin qrup mərhələsinin 1-ci turunda Səudiyyə Ərəbistanı ilə oyunda (1:2) penaltini qola çevirməmişdi.

Qeyd edək ki, sabah keçiriləcək Niderland – Argentina matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button