İdman

Messi “Barselona”dan ayrılır? – Suaresdən açıqlama

Son günlərdə Lionel Messinin 2021-ci ildə “Barselona”nı tərk edəcəyinə dair məlumatlar yayılıb.

Fanat.Az “Daily Mail”ə istinadən xəbər verir ki, katalon klubunun hücumçusu Luis Suares məsələyə münasibət bildirib:

“Messini başqa komandanın heyətində təsəvvür edə bilmirəm. Özü və ailəsi üçün nəyin ən yaxşı olduğunu düşündükdən sonra qərar qəbul edəcək. Bir dost kimi ona özünü xoşbəxt və rahat hiss etdiyi yerdə oynamasını məsləhət görərdim.

Məncə, Messinin ailəsi Barselonada xoşbəxtdi. Özü də eyni cür hiss edirsə, “Barsa”dakı çıxışını davam etdirməlidi. Yox, Leo dəyişikliyə ehtiyac duyursa, rifahı üçün nə edəcəyini ondan yaxşı heç kim bilə bilməz”.

Bənzər yazılar

Back to top button