İqtisadiyyat

Tanınmış hakimin qardaşı ilə keçmiş nazirin şirkəti arasında qalmaqal davam edir

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafarinin qardaşı Seyran Qafari ilə keçmiş nazir Füzuli Ələkbərova məxsus “İmprotex Motors” şirkəti arasında məhkəmə çəkişməsi davam edir.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. İddialara görə, kassasiya şikayətini Seyran Qafari verib. Aqil Abbasov iş üzrə hakim təyin edilib.

Şirkətlə Seyran Qafari arasındakı mübahisə alqı-satqı məsələləri ilə bağlıdır.

“İmprotex Motors” şirkəti 1998-ci ildə yaradılıb. Şirkət avtomobil sahəsində fəaliyyət göstərir. “İmprotex Motors” premium avtomobillərin satışını və servis xidməti göstərir.

“İmprotex Motors” MMC-nin Füzuli Ələkbərova məxsus olmasına gəlincə, məlumata görə, keçmiş nazir 1991-ci ildə “İmprotex” şirkətini təsis edib. Daha sonra şirkət holdinqə çevrilib və “İmprotex Group” adı altında fəaliyyət göstərib. “İmprotex Motors” MMC də “İmprotex Group” MMC-yə daxildir.

Füzuli Ələkbərov 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyib. O, 2013-cü ildə baş verən İsmayıllı hadisələrindən sonra işdən çıxarılıb. Həmin vaxt Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun ismayıllıları təhqir etməsinə görə rayonda etiraz aksiyaları keçirilib. Onu da qeyd edək ki, İsmayıllı hadisələri zamanı rayonun icra başçısı Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov olub.

Bənzər yazılar

Back to top button