İqtisadiyyat

Ekspert prezidentin pensiyaların artımıyla bağlı sərəncamını şərh etdi

Əmək haqlarının nominal artımı təqribən 10%-dan çoxdur.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Prezident İlham Əliyevin əmək pensiyalarının artması ilə bağlı sərəncamını şərh edərkən deyib. O bildirib ki, sərəncama görə, indeksləşdirmə Statistika Komitəsinin rəsmi məlumatına əsasən aparılacaq:

“Əslində indeksləşdirmə ilə bağlı verilən qərar qanunvericiliyə olan dəyişikliklərlə əlaqədar qəbul olundu. Əvvəllər ölkədə inflyasiyanın həcmi qədər indeksləşdirmə aparılırdı. 2015-2016-ci ildə ard-arda rəsmi inflyasıya ikirəqəmli olduğu üçün sonradan bunu dəyişdirdilər. İndeksləşdirmə nominal əmək haqqının tempinə uyğun olaraq aparılırdı. 2017-2018-2019-cu illərdə bu, daha aşağı, təxminən 3 %-ə yaxın rəqəmlərlə əhatə olundu. Amma bu il artım kifayət qədər yüksəkdir. Hələ son illərdəki məlumatları Statistika Komitəsi açıqlamalıdır. Noyabr ayına olan məlumatlara görə, nominal orta aylıq artım təxminən 10%-dan yuxarıdır. Biz Statistika Komitəsinin rəsmi məlumatını gözləməliyik. Amma artım ən azı 10% arasında hesablanacaq. Düzdür, bu rəqəmin bir az aşağı, bir az yuxarı olması ehtimalı yüksəkdir. Bu da kifayət qədər nəzərəçarpacaq artımdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

Bənzər yazılar

Back to top button