İqtisadiyyat

BP Azərbaycandakı işçilərinə – ÖZ SƏHMLƏRİNİ BAĞIŞLAYACAQ – YENİLİK

Dünyanın ən böyük neft-qaz və energetika şirkətlərindən biri – BP öz səhmlərinin bir hissəsini işçilərinə bağışlayacaq.

FED.az xəbər verir ki, BP-nin 66 ölkədə çalışan 60 mindən artıq əməkdaşı şirkətin səhmlərini pulsuz alacaqlar. Bu aksiyada məqsəd işçilərin şirkətə loyallığını artırmaq və işin keyfiyyətini yüksəltməkdir. Bu barədə şirkətin baş direktoru Bernard Luni bildirib.

Azərbaycanda dolları saxlamaq üçün – SƏRFƏLİ YATIRIMLAR – VARİANTLAR – CƏDVƏL
“Fərqi yoxdur, siz şirkətin Yeni Zelandiyadakı baristasısınız, Azərbaycanda qazıntı üzrə mühəndisisiniz, Cənubi Afrikada nasoslar üzrə klerksiniz, ya da Hindistanda analitik – 66 ölkədə çalışan 60 min nəfər BP-nin səhmlərində pay alacaqlar»-deyə baş direktor şirkətin qərarını izah edib.

Qeyd edək ki, BP-nin böyük layihələrinin bir hissəsi Azərbaycanda reallaşdırılır və bütün dünyadakı işçiləri kimi, Azərbaycandakı əməkdaşları da bu aksiya zamanı şirkətin səhmlərini hədiyyə kimi alacaqlar.

Azərbaycan vətəndaşları xarici birjalara – PUL YATIRA BİLƏCƏKLƏR – YENİLİK

BP-Azərbaycandan FED.az-a verilən məlumata görə, bu addım şirkətin Azərbaycandakı əməkdaşlarına da aid olacaq. Yəni BP-nin səhmlərinin bir hissəsi BP-Ahərbaycanda çalışanlara da, yeprindən və vəzifəsindən asılı olmayaraq, bağışlanacaq.

Kimə nə qədər səhm hədiyyə ediləcəyi həmin işçinin vəzifəsindən, işçi dərəcəsindən və maaşlarından asılı olacaq: «Yəni işçinin vəzifəsindən və dərəcəsindən asııl olaraq bağışlanacaq səhmlərin sayı fərqlənəcək, amma hamısı pulsuz bağışlanacaq» – deyə şirkətin ictimaiyətlə əlaqələrinin rəhbəri Tamam Bayatlı bildirib.

Qeyd edək ki, BP-nin işçilərində şirkətin səhmləri ilə bağlı əlavə üstünlüklər indiyədək də mövcud olub. Belə ki, BP-nin bütün dünyadakı əməkdaşları şirkətin səhmlərini hər il güzəştli şərtlərlə almaq hüququna malik idilər. Bu qayda BP-Azərbaycanda çalışan şəxslərə də aid idi və şirkətin işçilərinin demək olar, hamısı bu üstünlüklərdən istifadə edərək səhm sahibi olublar: «Hər il BP elan edir ki, onun əməkdaşları şirkətin müəyyən sayda səhmlərini pulsuz olaraq əldə edə bilərlər. Bu say işçinin iş dərəcəsindən vəzifəsindən asılı olaraq dəyişirdi. Səhmlər güzəştli satılırdı və işçilərin əksəriyyəti bundan istifadə edirdi. Bu indiyədək belədir»-deyə T.Bayatlı bildirib.

BP-Azərbaycanın nümayəndəsi FED.az-a bildirib ki, işçilərə güzəştli qiymətlə satılan səhmlərin sayında müəyyən limit olub və bu ildən-ilə fərqlənib: «Bəzi illərdə hər işçiyə 100, sonrakı il isə 150 və sair sayda səhm güzəştli satılırdı».

Qeyd edək ki, əslində BP publik şirkətdir, onun səhmləri birjada satılır və BP-nin işçiləri olmayan şəxslər də həmin səhmləri ala bilərlər. Səhmin işçilərə güzəştli satışı o deməkdir ki, işçilər BP-nin səhmlərini almaqla yanaşı, onun üzərində eyni həcmdə səhmi də hədiyyə alırdı: «Tutaq ki, hər hansı əməkdaşa, onun vəzifəsi və iş dərəcəsindən asılı olaraq 100 səhm almaq hüququ verilirdi, işçi bu səhmi alanda bir o qədər səhm də onun üzərinə əlavə edilirdi. 150 səhm alana isə 150 səhm də bağışlanılır və sair».

Başqa sözlə, güzəşli satış zamanı işçilər BP-nin səhmlərini faktiki olaraq ikiqat aşağı qiymətə alırdılar. Tamam Bayatlının sözlərinə görə, bunun üçün BP əməkdaşlarına bankda hesab açılır və onların BP-dən aldıqları illik dividendləri bu hesaba oturur. Bu proses indi də davam edir. BP-Azərbaycan nümayəndəsinin sözlərinə görə, bu dövrdə BP-də işləyən bütün şəxslərin bu üstünlükdən yararlanmaq imkanı olub. Hətta burada işini tərk edənlərin də aldıqları səhmlər onların özünə qalıb və onlar indi həmin səhmlərə görə dividend alırlar və ya istəsələr onu sata bilərlər. «İşçisənsə və səhmləri alırsansa, bu səhmlər sənin adına olaraq hesabına keçir. Sən şirkətin səhmdarı olursan və sənin səhmdar hesabın olur. Bu hesab axıradək işçinindir, işi tərk etsə də səhmlərin sahibidir. İstəsə saxlayıb dividend alar, ya da istənilən qiymətə, daha yüksək məbləğə sata bilər. Bu səhmdarın öz işidir».

Bəziləri bu səhmlərin bahalaşmasını gözləyib sonrada daha yüksək məbləğə satırlar: «Tutaq ki, bizim işçidir, sonra iş yerini tərk edir, başqa şirkətə keçir. O baxır, əgər şirkətin səhmləri bahalaşıbsa, onu satır. Tutaq ki, 1000 səhmi var, baxır ki, onların qiyməti aldığı vaxtla müqayisədə daha yüksəkdir. Belə vaxt həmin səhmləri yeni qiymətə şirkətin özünə sata bilir. Səhmi satmaq sərfəli olmayanda isə onu hesabında saxlayır. Bu dövrdə səhmdar kimi onun bütün hüquqları qalır, o cümlədən dividendlərini alır» – deyə BP-dən bildirilib.

Başqa sözlə, indiyədək BP-də işləyən minlərlə şəxs bu şirkətin səhmlərini alaraq səhmdara çevrilib. Yəni BP-nin bu siyasəti dolayısı ilə Azərbaycanda səhm bazarının və səhmdar vərdişlərinin inkişafına kömək edib.

Bu dəfə isə şirkətin rəhbərliyinin qərarı ilə, onun səhmlərinin 10%-i işçilərə satılmaq deyil, bağışlanacaq. Bu isə şübhəsiz ki, işçilər üçün əlavə stimul, şirkəti üçün isə yüksək imic deməkdir.

Qeyd edək ki, son illər dünya bazarında neftin qiymətinin azalması bütün neft şirkətləri kimi BP-yə də təsirini göstərib. Bernard Luninin BP-də baş direktorluğa başladığı son bir il ərzində neftin və enerji daşıyıcılarını qiymətinin azalması səbəbindən BP-nin səhmləri də 40% azalaraq son 26 ildə ən aşağı həddə düşüb.

Ötən il ümumiyyətlə neft sektorunun tarixində ən mürəkkəb illərdən biri olub, xüsusilə də BP üçün. Şirkətin aktivləri 20 milyard dollar azalıb və nəticədə son 10 ildə ilk dəfə olaraq şirkət 5,7 milyard dollar itirib. Nəticədə BP qənaətə keçib və minlərlə işçisini, daha dəqiqi, işçilərinin 15%-ni ixtisar edib.

Bernard Luninin planlarına görə, 2030-cu ilədək BP bərpa olunan enerji istehsalını indiki ilə müqayisədə 20 dəfə artıracaq, eyni zamanda neft hasilatı 40% azalacaq.

Bənzər yazılar

Back to top button