İdman

Terim “Panatinaikos”la ilk dəfə uduzdu

Yunanıstan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir.

Fanat.az xəbər verir ki, Farih Terimin baş məşqçisi olduğu “Panatinaikos” evdə “Atromitos”la qarşılaşıb.

Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Yunanıstan təmsilçisi Terimin rəhbərliyi altında ilk dəfə məğlub olub.

Bu komandalar arasında cavab görüşü yanvarın 31-də keçiriləcək.

Terim ötən il dekabrın 26-da “Panatinaikos”un baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda 8 oyuna çıxıb, 5 qələbə qazanıb, 2 heç-heçə edib, 1 dəfə uduzub.

Bənzər yazılar

Back to top button