DünyaGündəmXəbərlər

Böyük müharibə yaxın saatlarda başlayır

Türkiyə şimaldan İdlibə hücuma hazırlaşır, müttəfiq qüvvələr İdlibə daxil olub, böyük müharibə yaxın saatlarda başlayacaq, İdlib Suriya münaqişəsinin taleyini müəyyən edəcək

Türkiyə Suriyanın İdlib vilayətinə hərbi müdaxiləyə start verib. Hələlik Türkiyə ordusu Suriya sərhədlərini keçməsə də, son bir aydır ordu Hatay vilayətinin İdliblə sərhəd məntəqələrinə ordu və texnika toplayır. Son olaraq ötən gecə Reyhanlı qəsəbəsinə 20 maşından ibarət tank konvoyu gətirilib. Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar, qoşun komandanları və Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəisi Hakan Fidanla sərhəd nöqtəsinə gedib, əməliyyat şəraiti ilə tanış olub. İdlibdən birbaşa xəbər yayan xəbər mərkəzləri isə Türkiyə ordusunun Reyhanlı istiqamətində sərhəddəki beton dirəkləri götürdüyünü yazıb.

Qeyd edək ki, Suriyada Fua və Kafarya qəsəbələri istisna olmaqla, tamamilə üsyançıların nəzarətində olan İdlib vilayətinin terror qruplarından təmizlənməsi ilə bağlı razılıq bu ilin mayında Ərdoğan və Putin arasında danışıqlar zamanı əldə olunub. İyulda isə Astana prosesində Rusiya, Türkiyə və İran rəsmiləri İdlibin nəzarətə alınması planını razılaşdırıblar. Plana əsasən Türkiyə şimaldan (Hatay vilayətindən – K.R.), Rusiya ordusu isə mərkəzdən, Suriya ordusu və İran qüvvələri cənubdan İdlibə əməliyyat həyata keçirəcək. Artıq bir aydan çoxdur ki, Türkiyə ordusu Hatay vilayətinə döyüş texnikası toplamaqdadır. (Ölkə.az)

Bənzər yazılar

Back to top button