Siyasət

Azərbaycanın HDQ komandanı ABŞ-da səfərdədir

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dəniz Qüvvələri Komandanlığının dəvəti ilə bu ölkədə səfərdədir.

Vitse-admiral S.Bəkirov ABŞ-ın Nyuport şəhərində 90 ölkənin HDQ komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının iştirakı ilə keçiriləcək 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumunda iştirak edəcək.

Tədbirin keçirilməsində əsas məqsəd dəniz nəqliyyatında Hərbi Dəniz Qüvvələri ilə mülki dəniz təşkilatları arasında naviqasiya təhlükəsizliyinin təmin edilməsi, həmçinin baş verə biləcək təhdidlərə qarşı birgə mübarizənin təşkili mövzuları üzrə müzakirələrin aparılmasıdır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button