Cəmiyyət

Böyük şəhərlərin sakinlərinin ömrü niyə az olur?

Aparılan genişmiqyaslı tədqiqatın nəticələri göstərib ki, əksər böyük şəhərlərin havasında insanlar, heyvanlar və bitkilər üçün ölümcül zəhərli qazın mövcud olması nəticəsində Yerdəki ozonun səviyyəsi normadan çox olur.

AzToday.az “The BMJ” jurnalına istinadən xəbər verir ki, 20-30 km yüksəklikdə yerləşən və Yer səthini Günəşin ultrabənövşəyi şüalarından və radiasiyasından qoruyan stratosfer ozonundan fərqli olaraq, şəhər dumanının əsas komponenti olan troposfer ozonunun təbəqəsi bütün canlılar üçün ciddi təhlükə yaradır.
Məlum olduğu kimi, güclü bir oksidləşdirici maddə olan ozon, oksigen sərbəst radikalların meydana gəlməsi ilə bir çox reaksiyalarda iştirak edir. İri şəhərlərin atmosferində mövcud olan çirkləndiricilər Günəşdə fotokimyəvi reaksiyalara girəndə Yer səthindəki ozonun səviyyəsi, ümumiyyətlə, kəskin şəkildə yüksəlir.
ABŞ Milli Elmlər Akademiyasının xüsusi hesabatına görə, yerüstü ozon insan orqanizminə ümumi zəhərli, qıcıqlandırıcı, kanserogen və mutagen təsir göstərir və gündəlik normanı keçdiyi mühitdə olması halında vaxtından əvvəl ölümə səbəb ola bilər.

İsveçrənin paytaxtı Berndəki Sosial və Profilaktik Tibb İnstitutunda Ana Vicedo Kabreranın başçılıq etdiyi “İqlim dəyişikliyi və sağlamlıq” beynəlxalq tədqiqat qrupu isə ölüm və ətraf mühit amilləri arasındakı əlaqəni araşdıran tədqiqat işi nəşr edib. Tədqiqatın nəticələri göstərib ki, havada ozounun səviyyəsinin müəyyən edilmiş həddi aşdığı üçün dünya şəhər əhalisinin təxminən 80 faizi yerüstü ozonun təsirinə məruz qalır.

Ölüm hallarının təhlili zamanı ümumilikdə 45165171 halda hər kubmetr üçün ozon konsentrasiyasının 0,01 milliqram artmasının bir-iki günə vaxtından əvvəl ölüm riskini 18 faiz artırdığı ortaya çıxıb. Buna görə də alimlər belə bri qənaətə gəliblər ki, böyük şəhərlərin sakinlərinin ömrü digər yaşayış məntəqəsində yaşayanlardan az olur.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button