Dünya

Ukraynada Rusiya hərbçiləri iki mülki Azərbaycan vətəndaşını qətlə yetirib

Avqustun 13-də axşam saatlarında Ukraynın Xerson vilayətinin Rusiyanın nəzarətində olan hissəsində (Dnepr çayının sağ sahili) Rusiya hərdçiləri Azərbaycanın Zərdab rayonunun Məmmədqasımlı kəndinin iki sakininin meyvə daşıyan avtomobilinin üzərindən tank sürərək onları qətlə yetirib.

Ukraynadakı Azərbaycan diasporasındakı mənbələrin məlumatına görə, meyvə avtomobilinin üzərindən tankın keçməsi nəticəsində iki mülki Azərbaycan vətəndaşı, Orxan Əzizov və Ramiz Qədirov qətlə yetirilib.

Azərbaycanıbn və Rusiyanın rəsmi qurumları hələ bununla bağlı məlumat yaymayıb.

Bənzər yazılar

Back to top button