Cəmiyyət

Ekspertdən MİDA-ya sərt suallar: Növbəti satışda eyni problemlər olacaqmı?

“MİDA yeni onlayn satış elan edib. 29 iyul tarixdə 1200-dək mənzil onlayn satışa çıxarılacaq. Lakin MİDA mənzillərin onlayn satışında şəffaflıq və ədalətli seçimlə bağlı ehtiyac olan, ictimai əhəmiyyət kəsb edən məlumatları paylaşmayıb”.

Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O qeyd edib ki, MİDA-dan gözləntilər var:

“MİDA-dan gözləntilər bunlardır.

1. Ötən müddət ərzində MİDA güzəştli mənzil informasiya sistemində hansı yenilikləri edib ?

2. Süni seçimlərin, robot seçimlərin, qeyri-qanuni müdaxilələrin qarşısını almaq üçün addımlar atılıbmı?

3. Sistemin dayanıqlığı və təhlükəsizliyi ilə bağlı auditlər aparılıbmı, güvənli qurumların rəyləri varmı?

4. Onlayn satış prosesi sosial mediada və TV-də canlı yayımlanacaqmı? İctimai nəzarət imkanları təşkil olunacaqmı?”

O.Gündüz qeyd edib ki, sonuncu satışda MİDA özü etməsə də canlı yayımı onlar təşkil ediblər: “Onlayn satış prosesi şəffaf, korrupsiya riski az olan sistem olmasına baxmayaraq İT bacarıqlarla bağlı öncədən bəlli olan ədalətsizlik olduğundan alternativ güzəştli mənzil satışı üsulu ilə bağlı təkliflər hazırlanıbmı? Əsas suallardan biri də budur”.

Bənzər yazılar

Back to top button