İdman

Ronaldo “Yuventus”da növbəti qolunu vurdu

İtaliya “A” seriyasında 5-ci tura yekun vurulub.

Qol.az xəbər verir ki, turun son matçında “Yuventus” səfərdə “Frozinone”nin qonağı olub. Matç Turin klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qoca Sinyora”nın qollarını 81-ci dəqiqədə Kriştianu Ronaldo və 90+4-də Federiko Bernardeski vurub.
“A” seriyasında ardıcıl ikinci matçda fərqlənən Ronaldo yeni klubundakı qollarının sayını 3-ə çatdırıb.

Bu qələbədən sonra “Yuventus” 15 xalla turnir cədvəlinin vahid lideridir. “Yuve” həm də hələ ki “A” seriyasında xal itirməyən yeganə komandadır. “Frozinone” isə 1 xalla 19-cudur.

Bənzər yazılar

Back to top button