Cəmiyyət

Nərgiz Məmmədova həyəcan təbili çaldı: Thomas De Wallın araşdırmaları qərəzlidir

Avropada tələbə olan azərbaycanlı tələbə Nərgiz Məmmədova Thomas De Wallin “Qafqaz” adli kitabı ilə bağlı maraqlı status paylaşıb.

Nərgiz Məmmədova hesab edir ki, Avropa universitetlərində Qafqazla bağlı elmi mənbə kimi kimi istifadə olunan sözügedən kitab obyektivlikdən uzaq olmaqla yanaşı tarix elmi ilə əlaqəsi yoxdur:

“Hələ BDU-da oxuyan vaxtlar bir amerikali dostumun hədiyyə etdiyi və ingilis yazıçısı, jurnalist, amma tarixlə əlaqəsi olmayan Thomas De Wallin “Qafqaz” adli kitabını oxumuşdum. Bu mənim xarici yazarların bizim bölgə haqqında düşüncələri ilə bağlı oxuduğum ilk kitab idi. Vətənpərvərlik, təəssübkeşlik ruhumu bir kənara qoyaraq, ümumilikdə kitaba bir kənar oxuci düşüncəsi ilə bağdığımda belə, nə qədər qərəzli bir araşdırma olduğunu gördüm. Ermənilərlə olan söhbət bir kənara, Cənubi Azərbaycanla baglı da nə qədər əsassız tarixi fikirlər ortalığa qoymuşdu. Kitab bəlkə də siyasi olaraq yaxşı araşdırılmış, yəni Sovetlərin dağılmasından sonrakı dövrü, amma, tarixi faktlarla baglı çox böyük yanlışlıqlara yol verilmişdir. Təəssüf ki, həmin kitab bu gün Avropa universitetlərində bölgə ilə baglı resurs kimi də istifadə olunur. Digər tərəfdən Thomas De Wall həmin araşdırmasında yerli tarixçilərlə yox, jurnalist, blogger ve tarixlə əlaqəsi olmayan digər sahələrin mütəxəssislərindən məlumat toplamışdı.  Bu da tarixə münasibətdə nə qədər qərəzli yanaşdığını sübut edirdi. Məsələ ondadır ki, mən onun illərdir kontaktlarınıaxtarıb, ona fikirlərimi bildirmək istəyərkən, bu yaxınlarda hörmət etdiyim Arif Yunusovun həmin araşdırmaçı ilə bağlı fotolar paylaşıb, onun yazdığı “Qarabağ” kitabə ilə qururlandıqlarını, onun kimi dostlari olduğu üçün sevindiklərini ifadə edən status gördüm. Bu mənin üçün çox təəssüfverici bir fikir idi, çünki “Qarabağ” kitabını oxumasam da belə amma yazıçının  bu konfliktə “Qafqaz” kitabında olduğu kimi qərəzli yanaşdığından əminəm.  Mənə çatmayan isə odur ki, məgər bunu belə görən təkcə mənəm. Onlar görmürlər? Mən də Avropadayam, universitetdə oxuyuram, qarşıma çixan hər avropalı, hətta erməni, gurcu və farslarla müzakirə aparıb bölgə ilə bağlı fikirlərini dəyişdirməyə çalışıram. Bunu etdiyim üçün mənə nifrət yox, hörmət edirlər. Amma bunu etməyim üçün də onların dediyini təsdiqləməmə, dostluq etməmə luzum yoxdur!!!”

Bənzər yazılar

Back to top button