Siyasət

Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi ilə görüşdü

Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi general Daniel Hokanson ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Görüşdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim də iştirak edib.

Bənzər yazılar

Back to top button