Gündəm

Laçın dəhlizinə alternativ yolun Ermənistan hissəsinin tikintisi başladı – VİDEO

Laçın dəhlizinə alternativ yolunun Ermənistandan keçən hissəsinin tikintisinə başlanılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “lurer.com” saytının reportajında bildirilib.

Qeyd edilib ki, tikinti ilə eyni vaxtda üç podratçı şirkət məşğul olur. Yol tikinti şirkətləri 6-cı gündür torpaq işləri aparır.

Yol Zabux çayı üzərində yeni tikilmiş körpüdən Kornidzor kəndinə qədər uzanacaq. O vaxta qədər avqustun 25-dən sonra Ermənistanın Qarabağla əlaqəsi torpaq yol ilə təmin ediləcək.

Yeni yolun ümumi uzunluğu 11,8 km olacaq.

Tikinti işlərinin gələn ilin yazınadək başa çatdırılması nəzərdə tutulub.

Bənzər yazılar

Back to top button