Dünya

Ərdoğana qarşı “İslamçı Kamalist” iddiası gərginlik yaratdı

AKP-dən Vətən Partiyası lideri Doğu Perinçekə sərt reaksiya gəlib

AzToday.az “cumhuriyet.com.tr” istinadən xəbər verir ki, son seçkilərdə AKP-nin “Cümhur ittifaqı”nı dəstəkləyən Vətən Partiyası lideri Doğu Perinçəyin Prezident Rəcəb Tayyib Ərdoğanın “İslamçı Kamalist” rolunu oynaması barədə bəyanatı AK Partiya tərəfindən sərt qarşılanıb.

AKP Mərkəzi Qərargahının Təqdimat və media üzrə sədr müavini, AKP-nin keçmiş Gaziantep millət vəkili Şamil Tayyar prezident Ərdoğan haqqında fikirlərinə görə D.Perincəyə xəbərdarlıq edib: “Həddiniz bilin. Prezidentimizə “İslamçı Kamalist” rolu biçən, AK Partiyanın “beyin mərkəzi” kimi özünü təqdim edən Perinçəki xəbərdar edirəm”.

Dünən gecə “Twitter” hesabından Vətən Partiyasının sədrini tənqdi edən Tayyar, yalnız FETÖ-ya qarşı çıxış etməklə Doğu Perinçəyin bizim nəzərimizdə dəyərli olmayacağını və əlavə məziyyətlər lazım olacağını söyləyib:

“Həddinizi biləcəksiniz, çevriliş yolu seçməyəcəksiniz, milli olacaqsınız”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button