GündəmHadisə

Hadrut əməliyyatının bəzi detalları açıqlandı – Video

8 oktyabr vətən müharibəsinin ən önəmli iki əməliyyatının başlama tarixidir. 44 günlük müharibənin ən şiddətli 5 döyüşündən biri olan Əmirvarlı əməliyyatı, eyni zamanda Ermənistan ordusunun onurğa sütunun qırılması əməliyyatı kimi bilinən Hadrut əməliyyatı. İki il əvvəl bu gün cəbhədə nə baş verdi?

AzToday.az “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, Vətən müharibəsinin 12-ci günü Cənub cəbhəsinin iki vacib əməliyyatı başlayır. Bir istiqamətdə ən çətin döyüşlərdən biri olan Əmirvarlı döyüşləri gedir, digər tərəfdə isə Hadrutun azadlığı üçün xüsusi əməliyyat planı icra edilir.

Əmirvarlı uğrunda döyüşlərin davam etdiyi vaxtda Hadrutun taleyini həll etmək üçün iki istiqamət seçilir. Əməliyyat planının birinci tapşırığına əsasən, Xüsusi Təyinatlı bölmələr Gorazıllı kəndini azad etməli və Füzulidən gələn təminat yolunu bağlamalı idi.

Cəbrayıl rayonunun Daşkəsən kəndi istiqamətindən gələn bölmələr isə böyük bir qüvvə ilə qarşılaşır.

Füzuli və Cəbrayılda olan düşmən bölmələrinin təminatını həyata keçirən Hadrut Ermənistan ordusunun onurğa sütunu idi. Buna görə onlar Hadrutda Azərbaycan ordusu üçün daha bir plan hazırlayırlar.

Bənzər yazılar

Back to top button