İdman

“Barselona” Pepeni transfer edir

“Barselona” “Lill”in futbolçusu Nikolas Pepeni transfer etmək istəyir.

Fanat.Az xəbər verir ki, bu barədə Fransa klubunun sahibi Cerard Lopes məlumat verib.

Klub sahibi bildirib ki, yanvar ayında gənc futbolçunu sata bilərlər: “Bəzi klublar futbolçumuzun transferi ilə bağlı biziə müraciət edib. Onu mövsümün sonunadək heyətdə saxlamaq istəyirik, amma klubun maliyyə vəziyyəti yaxşı olmadığından yanvarda sata bilərik”.

Qeyd edək ki, “Lill” 23 yaşlı forvardı 2017-ci ildə “Angers”dən 10 milyon avroya alıb. O, cari mövsümdə keçirdiyi 5 oyunda 4 qol vurub və 3 məhsuldar ötürəm edib. Pepe ilə “Mançester Yunayted” də maraqlanır.

Bənzər yazılar

Back to top button