Hadisə

Lerikdə bələdiyyə dələduzluq edir… – 6 sot torpaq sahəsi almaq üçün 2300 man pul verdi, amma…

Lerik rayon sakini Babayev Güloğlan Abuzər oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, özünü Lüvəsər bələdiyyəsinin üzvü kimi təqdim edən Mərdan Nəsirov bir torpağı saxta sənədlərlə bir neçə nəfərə satıb:

“Mən, Babayev Güloğlan Abuzər oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Deməli, 2008-ci ildə Lənkəran rayonu, Lüvəsər bələdiyyəsinin sədri kimi özünü təqdim edən Mərdan Nəsirovdan 6 sot torpaq sahəsi almaq üçün 2300 man pul vermişəm. Mərdan Nəsirov mənə həmin torpağın sənədlərini də verib.

Mən həmin sahəyə çəpər çəkib, öz sahəm kimi iş gördüm. Bir müddət keçəndən sonra, payız fəslində ağac əkmək uçun həmin yerə getdim, orda başqa insanın ev inşa etdiyini gördüm. Onlara yaxınlaşıb, “siz mənim torpağımı niyə zəbt etmisiniz”, – dedim? Həmin insan mənə torpağın özününkü olduğunu bildirdi və sənədlərini göstərdi. Dedilər ki, Mərdan Nəsirov çoxlarına qarşı dələduzluq edib.

Mən bu barədə M.Nəsirova danışdım və onun barəsində şikayət edəcəyimi bildirdim. O, mənə dedi ki, “sən mənə heç nə edə bilməzsən, hara istəyirsən şikayət et, xeyri yoxdur”. Mən bu barədə Lənkəran rayonu Polis Şöbəsinə, prokurora və icra başçısına şikayət etsəm də, heç xeyri olmadı. Dəfələrlə Baş prokurorun qəbulunda olmaq istədim, mane oldular. Başçının verdiyi sərəncam birinci mərtəbədən çölə çıxmadı.

Baş Prokurorluğa və Prezident Administrasiyasına çoxsaylı şikayət məktubları göndərmişəm. İndiyədək heç kimsə şikayətimlə maraqlanmır.

Hörmətli redaksiya, bu insanın saxtakarlığını açıq etmək üçün mənə kömək edin”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Bənzər yazılar

Back to top button