Cəmiyyət

Sinoptiklərdən yeni proqnozu: çərşənbə axşamı və çərşənbə günü güclü külək və yağış gözlənilir

Dekabrın 4-də günün ikinci yarısında Ekologiya Nazirliyinin sinoptikləri əvvəlki proqnozu təkzib edən yeni hava proqnozu yayıblar.

Belə ki, yeni proqnoza əsasən, dekabrın 5-də gün ərzində güclü şimal-qərb küləyi əsəcək, küləyin gücü 23-28 m/s, arabir 32 m/s-dək çatacaq.

Dekabrın 6-da axşam saatlarından 7-si axşam saatlarına qədər yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq. Havanın temperaturu 3-5 dərəcə aşağı düşəcək.

Ölkənin rayonlarında 5-6-7 dekabr tarixlərində yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq. Ayın 5-də və 6-da qərb küləyinin gücü 15-20 m/s, arabir 25-20 m/s təşkil edəcək. Havanın temperaturu 5-8 dərəcə aşağı düşəcək.

Bənzər yazılar

Back to top button