İdman

Mourinyu təslim oldu: “A Seriyasını bu iki komandadan biri qazanacaq”

“Roma”nın baş məşqçisi komandasının çempionluq mübarizəsi aparmağa qadir olmadığını düşünür.

Fanat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə “RaiSport”-a açıqlamasında belə deyib:

“Yuventus” və “İnter” sona qədər Skudetto uğrunda mübarizə aparacaq. “İnter” daha yaxşı heyətə malikdir, lakin “Yuventus” avrokuboklarda oynamır və bütün həftə matçlara sakit hazırlaşa bilir. Onlar çempionluq üçün oynayacaqlar”.

Qeyd edək ki, bazar günü üz-üzə gələn “Yuventus” və “İnter”in duelində qalib müəyyənləşməyib – 1:1. Simone İnzaqinin komandası 13 turdan sonra 32 xalla A Seriyasına başçılıq edir. “Yuventus” eyni xalla ikinci (32) sıradadır, “Milan” (26), “Napoli” (24) və “Roma” (21) uyğun olaraq növbəti pillələrdə qərarlaşıblar.

Bənzər yazılar

Back to top button