İdman

“Neftçi”nin baş sponsoru dəyişir: Məqsəd nədir?

Məlum olduğu kimi, aprelində 2-də AFFA-nın seçki-hesabat konfransı keçiriləcək. Həmin gün qurumun yeni prezidenti müəyyənləşəcək.

Həmin toplantıdan sonra “Neftçi”də də rəhbər dəyişikliyi baş tutacaq. Buna səbəb “ağ-qaralar”ın Müşahidə Şurasının sədri və SOCAR-ın prezidenti Rövşən Nəcəfin AFFA-nın rəhbər postuna yeganə namizəd olmasıdır. Bu o deməkdir ki, o, mütləq federasiyanın yeni rəhbəri olacaq.

Bundan sonra paytaxt təmsilçisinə də yeni rəhbər təyin ediləcək. Artıq həmin şəxsin adı ictimaiyyətə məlumdur. “Neftçi”nin Müşahidə Şurasının yeni sədri Bakı Neft Emalı Zavodunun (BNEZ) direktoru Xəyal Cəfərov olacaq.

Aut.az-ın əldə etdiyi məlumata görə, bu təyinatla klubda bir sıra dəyişikliklər olacaq. Bunlardan ən vacibi klubun baş sponsoru ilə bağlıdır. Bundan sonra “ağ-qaralar” SOCAR-dan deyil, BNEZ-dən maliyyələşəcək. Bu zavod təqribən 10 il əvvəl “Neftçi”nin sponsoru olub.

Bu dəyişikliyin əsas səbəbi “Neftçi” ətrafında söz-söhbətlərin qarşısını almaqdır. Bu komandanın azarkeşi kimi tanınan Rövşən Nəcəf federasiya prezidenti kimi işində problem yaranmasını istəmir. Buna görə “Neftçi”ni rəhbəri olduğu SOCAR-dan mümkün qədər uzaq tutmağa çalışır. Ancaq bu addım reallığı dəyişməyəcək. Yəni “Neftçi” yenə də neftin pulu ilə maliyyələşəcək. Bu dəyişiklik isə sadəcə gözdən pərdə asmaq üçündür.

Bənzər yazılar

Back to top button