Digər

Sarkisyanın kürəkəni Paşinyanı dövlətin düşməni və xain adlandırdı

Mikael Minasyan vaxtilə Ermənistan baş nazirinin ona etdiyi təklifi və ondan imtinasını açıqlayıb

Bu günlərdə keçmiş prezident Serj Sarkisyanın kürəkəni İtaliyada yaşayan Mikael Minasyanın Ermənistan hökumətinə qarşı ittihamları səngimək bilmir. Onun erməni xalqına videomüraciətlərində bəzi mətləblərin üstü də açılıb.

AzToday.az “aysor.am”-a istinadən xəbər verir ki, baş nazir Paşinyan son vəzifəsi Ermənistanın Vatikandakı səfiri olan Mikael Minasyana xüsusi təkliflə keçmiş Təhlükəsizlik xidmətinin rəisi Artur Vanetsyanı göndəribmiş:

“Vacib, maraqlı və onsuz da tarixi bir həqiqəti ortaya qoymalıyıq: Nikol Paşinyan – Ermənistan Respublikasının baş naziri, hər şeyi və hər kəsi rədd edən, bir neçə gün əvvəl dediklərimi təkzib etmədi. Artur Vanetsyanın bir neçə ay əvvəl söylədiyinə də təkzib vermədi. O, Təhlükəsizlik Xidmətinin o vaxtkı direktoru A.Vanetsyana mənimlə Romada görüşüb sazişi müzakirə etməyi tapşırmışdı, yəni mən Ermənistanda ictimai və siyasi fəaliyyətlə məşğul olmağı dayandırıram, buna razılıq versəm bütün cinayət təqibləri dayandırılır və ya sonra imtina etsəm çoxalır. Üçüncü şərt: “X” fonduna simvolik bir məbləğ ödəyirəm”.

Nikol Paşinyanın təklifini rədd etməsinin səbəbini açıqlayan Mikael Minasyan deyib: “Mən N.Paşinyanın təklifini rədd etdim, çünki N.Paşinyanı və hökumətini xalqa xəyanət edən və dövlətin düşməni hesab edirəm. Mən bu terminləri elə-belə işlətmədim. Vətənpərvərliyim, keçdiyim yol və tərbiyəm, sıralarında dövlət xainləri və agentləri olan insanlarla razılaşma imkanları barədə düşünməyə belə imkan vermir. Bu barədə hələ gələcəkdə çox danışacağıq”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button