İdman

“Barselona”dan sürpriz transfer

“Barselona” Rusiyanın “Zenit” klubundan Branislav İvanoviçi heyətinə qatmaq istəyir.

Fanat.Az “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu serb mərkəz müdafiəçisini yanvarda transfer etmək niyyətindədi. Tomas Vermalen və Samuel Umtitinin zədələnməsindən sonra müdafiənin mərkəzində problemlər yaşayan “Barselona”nın siyahısında “Ayaks”dan Mattis De Ligt də var. Amma bu transferin qışda baş tutması real görünmür. Ona görə də kataloniyalılar diqqətini 34 yaşlı serbə yönəldib.

Qeyd edək ki, Branislav İvanoviç 2017-ci ildə “Çelsi”dən “Zenit”ə keçib. Cari mövsümdə 21 oyuna çıxan müdafiəçi 1 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button