Hadisə

Sabiq deputatın oğulluğu: “Atamdan qalan evi satıb, məni küçəyə atıb” – (VIDEO)

Milli Məclisin sabiq deputatı Cahangir Hüseynovun oğulluğu İbrahim Hüseynov atalığı və anasının ona yardım etmədiyi və onların, doğma atasından qalan mirası mənimsədikləri barədə şikayət edib.

Bizimyol.info-ya müraciət edən İ.Hüseynov iddia edib ki, Rusiyada öldürülən onun doğma atası kriminal avtoritet İlqar Cəbrayılovdan ona miras qalan evi Cahangir Hüseynov satıb.

“Anam Cahangir Hüseynovla evlənib, bacılarım dünyaya gəliblər. Polis rəisi olan Cahangir Hüseynov şəhərin mərkəzində atamdan bizə miras qalmış evi anamla evləndikdən sonra sataraq özünə şərait qurub, deputat olub.

Hamı bilir ki mən onun oğulluğuyam. Mən məni küçəyə atan Cahangir Hüseynovdan atamdan mənə miras qalan evin pulunu istəyirəm”,-deyə İ.Hüseynov bildirib.

O bildirib ki, valideylərinin qərəzli hərəkəti səbəbilə o, hazırda çətin vəziyyətdə yaşayır: “Əsgərlikdə olduğum müddətdə mənə bir dəfə zəng etmədi, mənimlə maraqlanmadı. 2017-ci ildə nişanlı olduğum qıza görə məni evdən ayırdılar. Nişanlandığım qız indi Azərbaycanda tanınmış şəxsdir. Küçədə qalanda qan qusurdum, zəng edib kömək istədim. Dedi ki təcili tibbi yardıma zəng et. Mənim onun köməyinə ehtiyacım vardı”.

https://youtu.be/hVAEuiUEnfA

Bənzər yazılar

Back to top button