Hadisə

Azərbaycanda 53 nəfər yanaraq ölüb – FHN statistikanı açıqladı

“Yanğınların cəmi 4-5%-i təbii faktorlardan asılıdır. Qalan hallarda baş verən yanğınların əsas səbəbkarı insanlardır. Gün ərzində orta hesabla 5-6 yanğın hadisəsi baş verir”…

Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin baş mütəxəssisi Nizami Fərəcov deyib.

Onun sözlərinə görə, ötən il 2 315 yanğın hadisəsi baş verib: “Nəticədə 53 nəfər ölüb, 231 nəfər xəsarət alıb. Bütün yanğınlar 19,9 mln. manat ziyan vurub”.

Nazirlik rəsmisi bildirib ki, yanğınların əksəriyyəti elektrik təsərrüfatı avadanlıqlarından düzgün istifadə edilməməsi səbəbindın baş verir: “Ötən il Səbail rayonunda 2, 2018-ci ildə Səbail və Binəqədi rayonlarında 2, bu ilin yanvarında isə Binəqədi rayonunda 1 oteldə yanğın olub. Bu 5 yanğının başvermə səbəbi elektrik cihazlarından düzgün istifadə edilməməsi olub”.

Bənzər yazılar

Back to top button