İdman

“Barselona” baş məşqçisini qovdu – RƏSMİ

“Barselona” baş məşqçisi Kike Setyen ilə yolları ayırıb.

Fanat.az xəbər verir ki, bu barədə klub prezidenti Xosep Bartomeu COPE radiosuna açıqlamasında bildirib.

Klub rəhbəri “Setyen işindən azad olundu” deyə vurğulayıb.

Qeyd edək ki, Kataloniya klubunun baş məşqçisi postuna namizədlər sırasında İngiltərə “Tottenhem”inin sabiq baş məşqçisi Maurisio Poçettino, hazırda Hollandiya millisinə rəhbərlik edən Ronald Kuman və ya “Barselona”nın keçmiş kapitanı, artıq Qətərin “Əl-Sədd” komandasının sükanı arxasında olan Xavinin adı var.

Xatırladaq ki, 61 yaşlı mütəxəssis “Barselona”ya yanvarda Ernesto Balverdenin əvəzinə təyin olunub. Onun rəhbərliyi dövründə İspaniya La Liqasının qalibi ola bilməyən “Barselona” Çempionlar Liqasının 1/4 finalında Almaniya “Bavariya”sına böyük hesabla uduzub – 2:8.

Bənzər yazılar

Back to top button