İdman

Xavi “Barselona”da görmək istədiyi hücumçudan danışdı

“Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubunun rəsmilərinin Dortmund “Borussiya”sının hücumçusu Erlinq Holandın agenti Mino Rayola ilə görüşməsiylə bağlı sualı cavablandırıb.

Fanat.az xəbər verir ki, 41 yaşlı çalışdırıcının bu barədə dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi “Twitter” səhifəsində yazıb:

“Holandın La Liqada oynaması hamımızın istəyidir. Bu, həm Xavyer Tebası (La Liqanın prezidenti – red.), həm “Barselona”nı, həm də başqa klubları maraqlandıran məsələdir”.

Mövsümün sonunda “Borussiya”dan ayrılacağı gözlənilən 21 yaşlı Holandın müqaviləsində xüsusi bənd var. Belə ki, 2022-ci ilin yayından etibarən onu almaq istəyən klub Almaniya təmsilçisinə 75 milyon avro ödəməlidir.

Bənzər yazılar

Back to top button