Dünya

“Artıq səbrimiz tükənir…” – Ərdoğandan rəsmi Moskvaya xəbərdarlıq

“Suriya münaqişəsi üzrə Rusiya ilə həm Astana, həm də Soçidə atəşkəs razılaşmaları əldə edilib. Rusiya bu razılaşmalara sadiq qalacağı təqdirdə, biz də razılaşmalara əməl edəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Lakin təəssüf ki, hazırda Rusiya nə Astana, nə də Soçi razılaşmalarına sadiqdir. Aidiyyəti üzrə danışıqlar aparılır. Danışıqlar çərçivəsində İdlibin bombalanmasını dayandırmağı tələb etmişik. Artıq səbrimiz tükənir. Bundan sonra lazım olan addımları atacağıq”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Xatırladaq ki, Əsədə bağlı ordu Rusiyanın yaxından dəstəyi ilə Suriyanın İdlib şəhərinə hücumlarını davam etdirir. Ordu bir neçə yaşayış məntəqəsini ələ keçirib. Ağır bombardmanalara görə, yüzlərlə suriyalı ailə Türkiyə sərhədinə doğru qaçıb.(APA)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button