GündəmManşetSiyasət

“Heç kim bizim iradəmizə təsir edə bilməz” – İlham Əliyev

Dünyada heç kim, heç bir təzyiq Azərbaycan dövlətinin ölkənin qanuni maraqlarını müdafiə etmək iradəsinə təsir göstərə bilməz.

Bunu Prezident İlham Əliyev avqustun 26-da Laçın Şəhəri Gününə həsr olunmuş bayram tədbirində çıxışı zamanı deyib.

“Heç kim bizim iradəmizə təsir edə bilməz. Biz bunu müharibə zamanı nümayiş etdirmişik, 44 gün ərzində ancaq və ancaq irəli getməklə, düşməni darmadağın etməklə, bayrağımızı ucaltmaqla göstərmişik”.

Həmçinin, onun sözlərinə görə, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində sərhəd-keçid məntəqəsinin yaradılmasından sonra Azərbaycana qarşı “çirkli təbliğat” yenidən güclənib.

«Müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”, – deyə Azərbaycan Prezidenti əlavə edib.

Bənzər yazılar

Back to top button