İdman

Ronaldu ilə Mane şou göstərdi, “Əl Nəsr”… – VİDEO

Kriştianu Ronaldunun formasını geyindiyi “Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununa çıxıb.

Fanat.az xəbər verir ki, sözügedən komanda səfərdə “Əl Fateh”lə qarşılaşıb.
Görüş “Əl Nəsr”in darmadağını ilə başa çatıb – 5:0.

Bütün qolları Ronaldu ilə Sadio Mane vurublar. Belə ki, portuqaliyalı ulduz heç-trikə, Mane isə dubla imza atıb.

Qeyd edək ki, ötən mövsüm “Əl Nəsr”də 16 oyunda 14 qol vuran Ronaldu bu mövsüm ilk qollarını vurub. Onun komandası 3 turdan sonra 3 xalla 10-cu sıradadır.

Bənzər yazılar

Back to top button