Dünya

Rusiya SSRİ cinayətlərinin varisidirmi?

Rusiya Federasiyası SSRİ-nin “repressiv-terror aktlarının” hüquqi varisi deyil.

Bu haqda Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin hakimi Konstantin Aranovski Konstitusiya Məhkəməsinin Sovet repressiyaları dövründə ələ keçirilmiş mənzillərin geri qaytarılması barədə qərarını şərh edərkən “Kommersant”a deyib.

Aranovski əmindir ki, totalitarizm dövrünün cinayətlərində iştirak etməyən bir dövlət kimi Rusiyanın statusu Konstitusiyada təsbit edilməlidir. “Rusiya dövlətçiliyini ideallaşdırmaq lazım deyil, ancaq onun varisliyini totalitar rejimlə əlaqələndirmək üçün heç bir əsas yoxdur”, – hakim deyib. Rusiya SSRİ-nin kommunist hakimiyyətinin davamı deyil, o öz suverenliyini konstitusiya əsasında bərpa etmiş dövlətdir:

“Bu dövlət totalitar rejimə qarşı və onun əvəzinə yaradılıb”.

Aranovski hesab edir ki, Rusiya qanunsuz yaradılmış SSRİ-ni əvəz edir:

“Repressiya qurbanlarının reabilitasiyası qanunun aliliyi və mərhəmət naminə aparılır. Bu, günahkarın vurduğu zərərin əvəzi kimi qəbul edilə bilməz, çünki Rusiya ilə SSRİ arasında heç bir əlaqə yoxdur. Bir subyektin günahı başqa bir subyektə ötürülə bilməz. SSRİ-nin özünün mövcudluğu ədalətin və qanunun təntənəsini təhqir edirdi. Bu, həm də ona görə mümkün deyil ki, Müəssislər Məclisinin devrilməsindən başlayaraq bütün repressiya və qəddarlıqlarda onun günahı hərfi mənada heç bir ölçüyə sığmır”, – Aranovski vurğulayıb.

(Mənbə: Qaynarinfo.az)

Bənzər yazılar

Back to top button