Bizim seçimDünyaGündəm

Türkiyə-İran sərhədində panika

Gürbulaq gömrük keçid məntəqəsindən türklərin İrana keçməsi qadağan edilib

Alınan son məlumatlara görə, İranda koronavirusdan 50 nəfərin həyatını itirməsi qonşu ölkələrdə narahatlıqla qarşılanıb. Buna görə Türkiyənin İranla sərhəd-keçid məntəqlərini bağlaması iki ölkə arasında böyük ajiotaj yaradıb.

AzToday.az “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İrana girmək istəyən Türkiyə vətəndaşlarına sağlamlıq müayinəsindən sonra piyada keçidi üçün icazə verilir. Səhiyyə naziri Fəxrəddin Qoca isə elmi şuranın tövsiyəsinə uyğun olaraq İrandakı Türkiyə vətəndaşlarının geri qaytarılması zamanı 14 günlük nəzarət (karantin) tələbi qoyulacaq.

Agentliyin xəbətinə görə, İranla sərhəddəki Gürbulaq gömrük keçid məntəqəsində bir sıra tədbirlər görülüb. Gürbulaq gömrük keçid məntəqəsinin rəhbərliyi bütün işçilərin plastik əlcəklər, maskalar və dezinfeksiyaedici maddələrdən istifadə etməyə başlayıb. İranda yaşayan Türkiyə vətəndaşlarının sağlamlıq müayinəsindən keçdikdən sonra sərhədi piyada keçməsinə icazə verilir. Türkiyədə olan iranlılar da nəqliyyat vasitələri ilə birlikdə sərhəddən keçid edə bilir. Sərhəd keçid məntəqəsində ölkələrinə girmək üçün gözləyən iranlı sürücülər isə narahatlıqlarını ifadə ediblər.

Digər tərəfdən, iranlı ekspertlər onsuz da iqtisadiyyatı tənəzzül vəziyyətində olan İranda koronavirusun ölkə iqtisadiyyatlarına mənfi təsir göstərəcəyini qeyd edirlər.

Bənzər yazılar

Back to top button