Dünya

Pentaqonun yeni şefi NATO baş katibi ilə danışdı – Rusiya təhlükəsi

ABŞ Müdafiə naziri vəzifəsini icra edən Kristofer Miller NATO-nun Baş katibi Yens Stoltenberq ilə Rusiya təhlükəsini müzakirə edib.

Qaynarinfo İnterfaks-a istinadla xəbər verir ki, Pentaqon rəhbəri və Alyansın baş katibi telefon danışığı zamanı “Rusiyadan gələn təhlükə” və “Çindən gələn hədələr” mövzularına toxunublar. Görüşdə transatlantik alyansda ortaya çıxan vacib məsələlərə və rəhbərliyin dəyişdirilməsindən sonra ABŞ-ın siyasətinin davamlılığına da toxunulub.

Xatırladaq ki, 9 noyabrda ABŞ Prezidenti Donald Tramp Pentaqon başçısı Mark Esperi istefaya göndərib. Milli Terrorla Mübarizə Mərkəzinin rəhbəri Kristofer Miller Pentaqonun müvəqqəti rəhbər təyin edilib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button