İdman

Musiala Mbappeyə səsləndi: “Münhen vaxt keçirmək üçün əla yerdir”

“Bayern Münhen”in yarımmüdafiəçisi Camal Musiala PSJ-nin ulduz hücumçusu Kilian Mbappenin gələcəyi haqda danışıb.

Fanat.az xəbər verir ki, “Bayern&Germany” sosial şəbəkə hesabı vasitəsilə Musialanın dediklərini belə çatdırıb:

“Hansı komanda Mbappeyə daha çox yaraşır? Əlbəttə ki, “Bayern”. O, buraya gələ bilər. Mənə qalsa, ona burada Münhendə vaxt keçirməyi məsləhət görərdim. Münhen bu baxımdan əla yerdir. Belə bir oyunçu istənilən komandanı gücləndirə bilər. Ona görə də o, sizin rəqiblərinizin düşərgəsində yox, komandanızda olsa, mükəmməl olar”.

Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Hücumçunun klubla müqaviləsinin müddəti bu mövsümün sonuna qədərdir. Hazırda futbolçunun transfer dəyəri 180 milyon avro olaraq qiymətləndirilir.

Bənzər yazılar

Back to top button