Hadisə

Səfərbərlik Xidmətinin Nərimanov İdarəsində kimlər “bazar” açıb?

əfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhər Nərimanov rayon idarəsində çağırışçıların qanunsuz yollarla xidmətdən yayındırıldığı barədə məlumatlar yayılıb.

Qlobal.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda çağırışçılara möhlət hüququnun və “xidmətə yararsız” sənədinin satıldığı iddia edilir.

Bir neçə gündür ki, sosial şəbəkələrdə dolaşan bu iddiaya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti heç bir münasibət bildirməyib.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon idarəsinin rəisi Şahvələd Əliyevdir.

Xatırladaq ki, ötən ayın 23-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi Vüsal Babayev həbs edilmişdi. Bu gün isə Sabunçu rayon İdarəsinin sabiq rəisi Rövşən Babayev həbs edildiyi barədə məlumat yayılıb.

Qarşı tərəf münasibət bildirə bilər.

Bənzər yazılar

Back to top button