Hadisə

Gəncədə güclü partlayış: bir ailə xəstəxanalıq oldu

Gəncədə evdə partlayış olub.

APA-nın məlumatına görə, hadisə şəhərin Yeni Qəsəbə yaşayış massivində qeydə alınıb.

1952-ci il təvəllüdlü Bayramova Məryəm Hüseyn qızı və 1954-cü il təvəllüdlü Rzayeva Pəri İsmayıl qızı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yaralılara dərhal lazımi tibbi yardım göstərilib. Vəziyyətlərinin ağır olduğu bildirilir.
Məlumata görə, hadisəyə səbəb qaz balonundan qaz sızması olub. Partlayış yemək bişirilərkən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button