DünyaManşet

Ermənistanda indi ən populyar şüar: “Rusiyaya getmək istəyirəm”

Son günlər İrəvanda keçirilən etiraz aksiyalarında “Putindən xahiş edirik sərhədləri açsın” çağırışları üstünlük təşkil edir

Son dövrlər fövqəladə vəziyyət rejimi qüvvədə olmasına baxmayaraq, Ermənistanda kütləvi aksiyaların ardı-arası kəsilmir. Aksiyaların bir çoxu işsiz qalan, ac-yalavac olan və vaxtilə ölkəyə qaytarılan ermənilərin Ermənistandan Rusiyaya hetmək istəyənlər tərəfindən təşkil edilir. AzToday.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ölkə rəhbərliyindən Rusiya ilə sərhədlərin açılmasını tələb edən və Ermənistan vətəndaşlarının İrəvandakı hökumət binası yaxınlığında etiraz aksiyası keçirirlər.

Sonuncu belə aksiyada etirazçılar hökumət binasının qarşısına uşaqlarla gəliblər və baş nazirlə görüşməyi tələb ediblər, üstəlik evinə gedib orada daha genişmiqyaslı aksiyalar təşkil etməklə hədələyiblər.

Məlumata görə, mitinq iştirakçıları Ermənistanı tərk edərək Rusiya Federasiyasına getmələri üçün Nikol Paşinyandan Gürcüstan və Rusiya hakimiyyəti ilə danışıqlar aparmağı tələb edirlər.

Etirazçıların bina qarşısına düzdükləri uşaqların əllərində, “Rusiyaya getmək istəyirəm”, “Putindən xahiş edirik sərhədləri açsın”, “Putin bizi qəbul et”, “Baş nazirin köməyini tələb edirik” sözləri yazılmış plakatlar tutublar. Bir neçə saat hökumət binasının qarşısında dayanan aksiya iştiraçılarının baş nazirlə görüş baş tutmayıb. Etirazçılar hökumət başçısı ilə görüşmək üçün piket və hətta aclıq aksiyası keçirmək niyyətində olduqlarını bildiriblər.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button