GündəmHadisə

“İdeal” mağazalar şəbəkəsinin keçmiş rəhbəri 6 il azadlıqdan məhrum edilib

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov 6 il azadlıqdan məhrum edilib. Bu barədə fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.

İsmayılov CM-in 179.3.2 (böyük ölçüdə vəsaiti mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə gətirib çıxardıqda) maddələri ilə təqsirli bilinib.

İstintaq İsmayılovu 2011-2017-ci illərdə firmanın 680 min manat vəsaitini mənimsəməkdə ittiham edib.

İsmayılov təqsirini etiraf etməyib, işin uydurma olduğunu iddia edib. O, şərikinin – AZAL prezidentinin həyat yoldaşı Zərifə Həmzəyevanın firmanı ələ keçirmək istədiyi üçün təqib edildiyini iddia edib. Həmzəyeva həm də “Gazelli Group”un prezidenti və “Premium Bank”ın həmtəsisçisidir.

İsmayılov son sözündə bildirib ki, 2018-ci ildə ona qarşı eyni maddələrlə cinayət işi açılmışdı, amma bu işə xitam verilmişdi. İsmayılov hüquqlarının bərpasını tələb etdikdən sonra cinayət işi yenidən açılıb.

Buna qədər Həmzəyeva İsmayılovun CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini tələb etmişdi, amma məhkəmə onun iddiasını təmin etməyib. (Turan.az)

Bənzər yazılar

Back to top button