İdman

“Neftçi”nin istədiyi futbolçu “Bavariya”ya transfer olundu

Almaniyanın “Bavariya” klubu heyətinə yeni futbolçu qatıb.

Qaynarinfo Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, İsveçrənin “Bazel” klubunun sabiq futbolçusu Dimitri Oberlinlə mövsümün sonunadək müqavilə imzalanıb. 23 yaşlı hücumçu klubun Almaniyanın III divizionunda çıxış edən əvəzedici komandasında oynayacaq. Oberlin ölkə çempionu ilə azad agent kimi anlaşıb. O, qışda “Bazel”lə müqaviləsini ləğv edib.

Qeyd edək ki, Dimitri Oberlin qış fasiləsində “Neftçi” öz heyətinə qatmaq istəyib. Lakin futbolçu “ağ-qaralar”ın təklifini mənfi cavablandırıb.

Kamerun əsilli futbolçu karyerası ərzində İsveçrənin “Sürix”, Avstriyanın “Zalsburq”, “Lieferinq”, “Altax”, İtaliyanın “Empoli”, Belçikanın “Sulte Varegem” klublarında çıxış edib. İsveçrənin aşağı yaş qrupları üzrə yığmalarında oynamış hücumçu əsas millidə bir oyun keçirib.

Bənzər yazılar

Back to top button