İdman

Levandovski Barselonada soyuldu

“Barselona”nın yeni transferi Robert Levandovski bu gün cümə komandanın məşq meydançası qarşısında azarkeşlərlə əylənərkən qarət edilib.

Fanat.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, polşalı ulduz fanatları ilə xatirə şəkli çəkdirərkən iki oğru ona yaxınlaşaraq 75 min avro dəyərində olan saatını zorla çıxarıb qaçıblar.

Şahidlərin verdiyi məlumata görə, Levandovski onları tutmağa çalışsa da, buna nail ola bilməyib. “Barselona”nın bu yay “Bayern Münhen”dən transfer etdiyi forvard xəsarət almasa da, baş verən hadisədən bir qədər sarsılıb. Klub isə onun normal şəkildə məşq etdiyini açıqlayıb.

Bənzər yazılar

Back to top button