GündəmSiyasət

ATƏT Parlament Assambleyasının rəhbəri Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək edəcək

ATƏT Parlament Assambleyasının sədri Pia Kauma noyabrın 12-dən 20-dək Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq. ATƏT PA-nın saytındakı məlumatda deyilir ki, səfərdə məqsəd ATƏT Parlament Assambleyası vasitəsilə Ermənistanla Azərbaycan arasında sülh prosesinə yardım etməkdir.

“Bir təşkilat olaraq ATƏT Dağlıq Qarabağ münaqişəsi üzrə dialoq üçün təbii meydança kimi çıxış edə bilər”,-Kauma deyib.

Bu gün Bakıda Kauma prezident İlham Əliyev ilə görüşüb. O həmçinin xarici işlər naziri və Azərbaycan parlamentinin spikerilə görüşlər keçirəcək.

Kauma Azərbaycandan Gürcüstana gedəcək və orada ölkə prezidenti Salome Zurabişvili, parlamentin spikeri, bir neçə nazir, ölkənin ATƏT-dəki nümayəndə heyəti, hökumət və müxalifət partiyalarının nümayəndələrilə görüşəcək.

O, Ermənistanda baş nazir Nikol Paşinyan, parlamentin spikeri, xarici işlər nazirilə görüşəcək.

Kauma Qarabağ qaçqınları ilə də görüşəcək.

Sonra o, noyabrın 18-20-də ATƏT PA-nın Yerevanda Baş Assambleyasına sədrlik edəcək.(Turan)

Bənzər yazılar

Back to top button