İdman

Qurban Qurbanov transfer hədəflərini açıqladı – Video

“Qarabağ” hazırkı yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.

Qol.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov “CBC Sport”a açıqlamasında danışıb. O, hücum xəttinə minimum iki futbolçu transfer etmək niyyətində olduqlarını deyib:

“Hücum xəttində futbolçuların sayını artırmaq, keyfiyyəti də yaxşılaşdırmaq istəyirik. Danışıqlar gedir. İstəyirəm ki, hücum xəttinə minimum 2 oyunçu transfer edək. Bu yöndə çox aktiv çalışırıq. Hal-hazırda da danışıqlar davam edir. İşlərimiz dayanmır. İnanın ki, çox ölkələrin çempionatlarındakı futbolçularla danışıqlar gedir. Buraya Portuqaliya və digər ölkələr də aiddir. Onların sayı çoxdur”.

https://t.me/qolaz/914

Bənzər yazılar

Back to top button