DünyaManşet

Ermənistanda vəziyyət nəzarətdən çıxdı

Polis xidmətinin rəisi təcili vilayət mərkəzinə getdi

Ermənistanda mayın 14-ə qədər fövqəladə vəziyyət elan olunmasına baxmayaraq, hər gün gün etiraz aksiyaları, küçə döyüşləri davam edir.

AzToday.az “news.am” saytına istinadən xəbər verir ki, ötən gecə Qekarkuniq (Göyçə) vilayətinin inzibati mərkəzi Kəvər şəhərində (keçmiş Kamo-Yeni Bəyazid) atışma nəticəsində iki nəfərin öldürülməsindən sonra şəhərdə vəziyyət kəskinləşib. Hərbi polis müstəntiqi olan hadisənin qurbanlardan birinin yaxınları yerli xəstəxanaya gələrək atışmada yaralanların boğazını kəsiblər. Əldə edilən məlumatlara görə, sonuncular iki qardaş – Armen və Xaçik imiş. “Armlur.am”ın məlumatına görə onların hər ikisi dünyasını dəyişib.

Hadisə yerinə İrəvandan istintaq qrupu göndərilib. Nəzarətdən çıxan vəziyyəti idarə etmək üçün Ermənistan Polis xidmətinin rəisi Arman Sarkisyan Kəvər şəhəronə gedib.

Erməni mənbələrin xəbərinə görə, xəstəxanadakı vəziyyət elə bir həddədir ki, hətta müstəntiqlər də ora girə bilmirlər.
Atışma nəticəsində yaralananlardan daha birinin əməliyyat olunduğu, digərinin ağır vəziyyətdə İrəvana aparıldığı barədə məlumatlar var.

“News.am”ın sonrakı məlumatlarında hadisənin bəzi təfərrüatları məlum olub. Atışmadan sonra iki nəfərin öldüyü, iki nəfərin İrəvana aparıldığı, digər iki nəfərin hadisə yerindən qaçdığı və yol boyu qəzaya düşdükləri, Kəvər xəstəxanasına aparıldıqları və sonra qisasın qurbanı olduqları bildirilir.

“Armlur.am” saytının məlumatına görə, dəmir və kəsici alətlərlə silahlanan bir qrup vətəndaş polis əməkdaşlarının vəzifə yerinə yetirdiyi xəstəxanaya girib. xəstəxananın əmlakını məhv etməyə başlayıblar, sonra polis kordonundan keçərək yaralıların yatdığı palataya çatıblar, boğazlarını kəsib və xəsətəxananı tərk ediblər.

Bundan əvvəl “Shamshyan.com” Kəvərdəki atışmada iki nəfərin öldüyü, 4 yaralının xəstəxanaya aparıldığını bildirmişdi. Mənbəyə görə, ölənlərdən biri “Noratusdan olan ayı” ləqəbli Noratus icmasından olan şəxs, digəri hərbi polis müstəntiqidir.
“Yerkirmedia”nın verdiyi məlumata görə, polislər Kəvər xəstəxanasını nəzarətə götürüb. Polis rəisinin əmri ilə Kəvərdə nəzarət gücləndirilib, şəhərə xüsusi təyinatlı dəstələr gətirilib.

“Armlur.am” xəbər verir ki, Noratus və Kəvər icmalarından olan yetkinlik yaşına çatmayan oğlanlar arasında mübahisə düşüb. Problemləri həll etmək üçün hərbi müstəntiq Zorik Paronikyan müdaxilə edib, ardından atəş açılıb.

“Pastinfo” xəbər verir ki, mərhumlardan biri müstəntiq 1989-cu il təvəllüdlü Zorik Paronikyan, ikincisi zərərçəkənin kürəkənidir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button