DünyaSiyasət

BMT baş katibindən Tovuz sərhədində baş verən atışmaya bəyanat

BMT-nin baş katibi Antonio Guterreş Ermənistan və Azərbaycanı sərhədindəki hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Qaynarinfo xəbər verir ki, müvafiq açıqlamanı Guterreşin rəsmi nümayəndəsi Stefan Dujarrik yayımlayıb.

Bəyanatda vurğulanır ki, baş katib “iştirak edən bütün tərəflərdən vəziyyəti pisləşdirməmək üçün tədbirlər görmələrini” və “təxribatçı ritorikadan çəkinmələrini” xahiş edir.

Xatırladaq ki, bazar günü Azərbaycan və Ermənistan sərhədində qonşu ölkənin təxribatı nəticəsində hərbi toqquşmalar baş verib. Ermənistan yenə də təxribatlarını davam etdirir və bununla belə Azərbaycanı günahlandırır. Atışma bu gün də davam edir.

Bənzər yazılar

Back to top button