ABŞ-da ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır

by Aztoday Xəbər Portalı

ABŞ-da fəaliyyət göstərən erməni lobbisi Azərbaycanın Vaşinqtonda yerləşən Səfirliyinin önündə böyük mitinq keçirməyə hazırlaşır.

AzToday.az Report-a istinadən xəbər verir ki, oktyabr ayının ikisinə planlaşdırılan mitinq üçün ABŞ-da fəaliyyət göstərən erməni radio və xəbər saytlarında, eləcə də sosial şəbəkələrdə məlumatlar paylaşılır və həmin gün bütün erməni icmasının üzvlərini aktiv olmağa səsləyirlər.

Yayılan məlumatlarda qeyd olunub ki, ABŞ-ın bir çox şəhər və ştatlarında yaşayan ermənilərin Vaşinqtona gətirilməsi üçün xüsusi nəqliyyat vasitələri təşkil olunacaq.

“Azərbaycan–Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli bildirib ki, bu aksiyada azərbaycanlılara qarşı təxribat olacağına dair dəqiq məlumatlar var:

“Bu səbəbdən ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri erməni təxribatına getməməli, səbirli olmalıdırlar. Azərbaycanlılara tövsiyə edirəm ki, ermənilərin planlaşdırdıqları aksiyalara qatılmasın, xüsusilə oktyabr ayının 2-də səfirlik binasının önünə gəlməsinlər.

Onların təxribatlarına məhəl qoyulmamalı və soyuqanlılıq nümayiş etdirməliyik. Hələ yolun başındayıq. Heç bir provokasiyaya getmək lazım deyil. Səbirlə nəticəni gözləməliyik. Aksiyalarda onların qarşısına çıxmaqla çirkin planlarının bir parçası ola bilərik. ABŞ-da erməni lobbisi nə qədər güclü olsa da, ən son Los-Ancelesdə yaşanan hadisələrdə əsl kimliklərini ortaya qoydular. ABŞ ictimaiyyəti artıq müəyyən mənada hadisələrdən məlumatlıdırlar”.

Bənzər Yazılar