Dünya

İstanbulda erməni kilsəsi yanıb, ölənlər var – Video

Dünən axşam saatlarında İstanbulun Karaköy rayonundakı Surp Pırgiç Erməni Katolik Kilsəsində yanğın meydana gəlib.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, yanğınsöndürən və xilasetmə qrupları yanğın hadisəsinin baş verdiyi ərazidən iki nəfərin meyitini tapıblar.

Yanğınsöndürənlər tərəfindən xilas edilən 2 nəfər isə tüstüdən zəhərləndiyi üçün xəstəxanaya aparılıb.

Türkiyə vaxtı ilə saat 21:45 (Bakı vaxtı ilə 22:45) radələrində naməlum səbəbdən baş verən yanğın söndürülüb.
Yanğının 189 illik kilsənin iqamətgah olaraq istifadə edilən hissəsində baş verdiyi və digər hissələrə keçdiyi məlum olub.

Bənzər yazılar

Back to top button