Xəzər rayon sakinləri 1 ay susuz qalacaq? – “Azərsu” susur
Xəzər rayonu Mərdəkan qəsəbəsinin Baba Əliyev küçəsinin sakinləri bir həftədir susuzluqdan əziyyət çəkirlər.
Bu barədə Bizimyol.info-ya həmin küçənin sakini Zöhrə Paşayeva bildirib.
“Bir həftədir Baba Əliyev küçəsində içməli su yoxdur. “Azərsu” ASC hər yerə su maşını göndərir. 45-46 dərəcə istidə 3-4 “baçok” su götürməklə nə etmək olar? Səlahiyyətli şəxslər deyirlər ki “Azərsu” hələ məsələyə baxacaq və təqribən 15-20 günə həll olacaq”-deyə Z.Paşayeva bildirib.
Şikayətçi qeyd edib ki, Mərdəkan qəsəbəsinin Baba Əliyev küçəsinin sakinləri susuzluq problemi ilə bağlı dəfələrlə “Azərsu”ya və Xəzər rayon İcra Hakimiyyətinə müraciət edilib: “Müraciətimizə verilən cavabda bildirilib ki bütün ərazilərin su təminatı mümkün deyil, su çatmır”.
Xəzər rayon sakininin müraciəti əsasın “Azərsu” ASC-nin mətuat ximətinin rəhbəri Anar Cəbrayıllıya göndərilən informasiya sorğusuna hələ ki cavab verilməyib.