İdman

“Barselona” rəsmisi Messini geri qaytarmaq istədiklərini təsdiqlədi

“Barselona”nın vitse-prezidenti Rafa Yuste hazırda PSJ forması geyinən Lionel Messini geri qaytarmaq üçün onunla danışıq apardıqlarını təsdiqləyib.

Fanat.az xəbər verir ki, “Marca” onun dediklərini belə çatdırıb:

“Messinin geri dönməsini xahiş edəcəyəmmi? Onun qayıtmasını istəyirəmmi? Leo ilə əlaqə saxlayırıqmı? Sualların hamısna cavabım birdir – hə.

Leo və ailəsi onlara olan bağlılığımdan xəbərdardır. Mən müqavilə yenilənməsi üçün aparılan danışıqlarda iştirak etmişəm. Təəssüf ki, yekunda hər şey istədiyimiz kimi olmadı. Yaşananları unutmamışam. Biz “Barselona”dan danışırıqsa, deməli, Messidən danışırıq. O, geri dönsə, şad olaram. Həyatdakı gözəl tarixlər xoş sonluqla bitməlidir. Leo ilə əlaqədəyik”.

Qeyd edək ki, 35 yaşlı argentinalı ulduz 2021-ci ildə “Barselona”dan azad agent qismində ayrılaraq PSJ ilə müqavilə bağlayıb. Onun parislilərlə sözləşməsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Bənzər yazılar

Back to top button