Siyasət

Luis Bono Yerevana gəlib

Cümə axşamı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlət Departamentinin Cənubi Qafqazda danışıqlar üzrə müşaviri Luis Bononu qəbul edib.

Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatı bildirib ki, “Qriqoryan və Bono Dağlıq Qarabağ ətrafında vəziyyəti, humanitar böhranı və onun aradan qaldırılmasına yönələn səyləri, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair məsələləri müzakirə ediblər”.

Bononun regiona səfəri anons edilməyib, amma çox güman ki, o, Yerevandan Bakıya gələcək. Bu turnedə məqsədə gəlincə, ehtimal etmək olar ki, Vaşinqton ABŞ-da Bakı və Yerevan nümayəndələrinin növbəti görüşünə hazırlaşır.

Əvvəllər bunlar iki ölkənin xarici işlər nazirləri, yaxud Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri və Azərbaycan prezidentinin xarici siyasət üzrə köməkçisi olub. Bundan öncə Dövlət Departamentinin nümayəndələri Turan-ın Vaşinqton müxbirilə söhbət zamanı belə görüş barədə bildiriblər. (Turan)

Bənzər yazılar

Back to top button